Saat:23:01
Haqqımızda

“Putin İrəvana gəlməsin, yoxsa həbs ediləcək”

2023-03-29 09:53:00

“Putin İrəvana gəlməsin, yoxsa həbs ediləcək”

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasından seçilmiş deputat Qaqik Melkonyan mətbuata müsahibəsində İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmasından sonra RF Prezidenti Vladimir Putinin Ermənistana gələcəyi təqdirdə həbs ediləcəyini söyləyib: “Putin öz ölkəsində qalsa və gəlməsə yaxşıdır. Çünki biz, Roma Statutuna qoşulsaq, öz öhdəliklərimizi yerinə yetirməliyik və əgər Putin Ermənistana gələrsə, o zaman həbs olunmalıdır”.

Deputat deyib: “Moskvaya elə gəlir ki, biz indiyə qədər onlardan asılıyıq və necə davranmalı olduğumuzu onlardan soruşmalıyıq.

Rusiya bizi müstəqil ölkə hesab eləmir və bu yaxınlarda Avropa müşahidəçilərinə görə haray saldılar. Bizi təhdid edirlər, deyirlər ki, Avropa İttifaqı olmadan da zəruri olan hər şeyi edirlər. Lakin biz başa düşməliyik ki, müstəqil dövlətik və öz ölkəmizin taleyini özümüz həll eləməliyik”.

Xatırladaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib.

Martın 24-də isə Ermənistan Konstitusiya Məhkəməsi rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının ölkə Konstitusiyasına uyğun olduğu barədə qərar verib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.152772