Saat:20:14
Haqqımızda

Putin ilə Bayden bu il görüşə bilərlər

2021-10-20 16:45:00

Putin ilə Bayden bu il görüşə bilərlər

Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladiir Putin amerikalı həmkarı Co Bayden ilə bu ilin sonuna qədər görüş keçirə bilərlər. Bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov verib. Peskov jurnalistlərə açıqlamasında deyib: “Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ilə ABŞ Dövlət katibinin müavini Viktoriya Nulandın bu yaxınlarda baş tutmuş görüşündə müxtəlif variantlar müzakirə edilib, müəyyən qarşılıqlı anlaşma əldə edilib”. Peskov bu “anlaşmanın konkretləşməsi”ndən sonra görüşün formatı və zamanı barəsində açıqlama veriləcəyini söyləyib. Putinin mətbuat nümayəndəsi Putin ilə Baydenin bu və ya digər formatda görüşünün cari ilin sonuna qədər baş tutacağını bildirib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR