Saat:05:01
Haqqımızda

“Putin hiyləgərdir, amma ağıllı deyil” – “Bayden ona görə ehtiyat edir ki...”

2024-03-30 12:03:05

“Putin hiyləgərdir, amma ağıllı deyil” – “Bayden ona görə ehtiyat edir ki...”

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Co Bayden Rusiyanın nüvə hücumu ehtimalına ehtiyatla yanaşır.

Hurriyyet.az xəbər verir ki, Zelenski “The Washington Post” qəzetinə müsahibəsində Putinin nüvə zərbəsi mübadiləsi riskinə getməyəcəyini düşündüyünü deyib. Lakin bununla yanaşı qeyd edib ki, onun hərəkətlərini proqnozlaşdırmaq da mümkün deyil: "O, dəlidir. Dünyada onun nə edəcəyini sizə 100 faiz deyə biləcək heç kim yoxdur. Bu səbəbdən Bayden ehtiyatlıdır".

Zelenski əmindir ki, Putin daha əvvəl dayandırılmalı idi. O, 2014-cü ildə Putin Krımı ələ keçirəndə Barak Obamanın “ona qarşı güclü olmadığını” deyib: "Avropa sərhədlərin təhlükəsizliyini və Rusiya ilə daha çox ticarətin olmasını istəyirdi. Bu, Ukrayna ilə müharibəyə yol açdı. O, Krımı ələ keçirdi və heç bir reaksiya olmadı. Heç kim onu itələmədi, saxlamadı”.

Zelenski hesab edir ki, hələ 2022-ci ilin fevralında ABŞ qoşunlarının Ukraynaya göndərilməsi müharibənin qarşısını almağın yeganə yolu ola bilərdi: "Putin hiyləgərdir, lakin o, ağıllı deyil. Ağıllı insanla döyüşəndə bu, qaydalar əsasında baş verir. Amma hiyləgər insanla döyüşmək həmişə təhlükəli olur".

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR