Putin hansı xəstəlikdən əziyyət çəkir? - Son videonun yozumları

2022-04-23 09:50:00

Putin hansı xəstəlikdən əziyyət çəkir? - Son videonun yozumları

Vladimir Putinin Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə masanı möhkəm şəkildə tutması onun səhhətini yenidən gündəmə gətirib.

Hurriyyet.az Yenisabah.az-a istinadən bildirir ki, görüşə dair görüntülərdə Kremlin 69 yaşlı sahibi sağ əli ilə masanın küncündən dübbədüz 12 dəqiqə tutub. Həmçinin sol əli ilə masanın digər kənarından möhkəm yapışıb.

Putinin müdafiə nazirini dinləyərkən sağ baş barmağının davamlı hərəkət etdirməsi onun Parkinson xəstəliyindən müşahidə olunan titrəməni gizlətməyə çalışması kimi yozuilub.

Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin keçmiş rəhbəri ser Riçard Billinq Diəlöv və keçmiş NATO müşaviri, professor Qutyan Prins Putində mütərəqqi sinir sistemi pozğunluğunun əlamətləri olduğunu iddia ediblər.

Videoda Rusiya prezidenti də bir az əyilmiş halda oturması, onurğasını düz stulun arxasına söykəməsi xəstəlik əlaməti kimi yozulub.

Keçmiş Kreml məsləhətçi Anders Aslund deyib ki, hər iki şəxsin - həm Putinin, həm də Şoyqunun səhhəti normal deyil.

Rusiyanın “Proekt” araşdırma xəbər şəbəkəsinin məlumatına görə, 2016-2020-ci illər arasında Putini 35 dəfə qalxanabənzər vəzin xərçəngi, 59 dəfə isə qulaq, burun və boğaz mütəxəssisi ziyarət edib.

Kreml liderinin üzünün şişkin görünüşünü Rusiya üzrə amerikalı ekspert Fiona Hilli hələ fevral ayında "Politico"-ya izah etmişdi. Onun sözlərinə görə, Putin 2012-ci ildə atdan yıxıldıqdan sonra çəkdiyi bel ağrısına görə yüksək dozada steroid qəbul edə bilər.

Moskva dəfələrlə Putinin ağır xəstəlikdən əziyyət çəkdiyi barədə xəbərləri təkzib edib. Bu ayın əvvəlində Kremlin sözçüsü Dmitri Peskov Putinin qalxanabənzər vəzi xərçəngindən əməliyyat olunmasını istisna edərək, prezidentin səhhətinin "əla" olduğunu və onun soyuqdəymədən daha ciddi xəstəlikləri olmadığını deyib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya