Putin hamını təəccübləndirdi: Ölən qardaşından və ölüb-dirilən anasından danışdı

2022-05-09 09:32:00

Putin hamını təəccübləndirdi: Ölən qardaşından və ölüb-dirilən anasından danışdı

"Atam müharibədə ağır yaralandı. Leninqradda xəstəxanada olarkən bu faciəli görünən vəziyyət anamın həyatını xilas etdi, çünki o da mühasirəyə alınmış Leninqradda idi.

Dediklərinə görə, atam onu xəstəxanada ona verilən yeməkdən verirdi".

Hurriyyet.az cebhe.info-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Putin 9 Mayla bağlı veteranlara müraciətində deyib. Prezident xatirələrinə belə davam edib: "Sonra özü də huşunu itirməyə başladı, ac qaldı, çünki o, demək olar ki, hər şeyi anama verirdi. Tibb işçiləri bunu görüb gəlməyi qadağan etdilər. Atam ayağa qalxanda anamı ziyarətə getdi. Gedəndə gördü ki, evdən cəsədlər çıxarılır. Cəsədlərin arasında anamı tanıdı.

Sonra məlum oldu ki, o, hələ sağdır. Təfərrüatları danışmayacağam. Hər halda, onu geri qaytarıblar və sağ qalıb. Amma xəstələnərək dünyasını dəyişən oğullarını xilas edə bilmədilər. Bu, mənim heç vaxt görmədiyim qardaşımdır. Hər bir Leninqrad ailəsinin müharibə ilə bağlı belə bir xatirəsi var. Mənim üçün təbii ki, bu, həm də belə şəxsi məsələdir".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya