Saat:20:41
Haqqımızda

Putin geri çəkilir: “Son ümidi budur ki...” - ŞOK İDDİA

2022-05-17 13:21:00

Putin geri çəkilir: “Son ümidi budur ki...” - ŞOK İDDİA

Rusiya Prezidenti Vladimir Putin hələ də Ukraynaya qarşı müharibə ilə öz nüfuzunu xilas edəcəyinə ümid bəsləyir. Ona görə də Kiyevlə sülh sazişi imzalamaq üçün xaricdəki agenturasını səfərbər edib.

Hurriyyet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı jurnalist-publisist Andrey Piontkovski deyib.

Onun sözlərinə görə, Putinin mayın 9-dakı çıxışı Ukraynaya qarşı irimiqyaslı işğalın fəlakətli səhv olmasından xəbərdar olduğunu göstərir.

Piontkovski hesab edir ki, rus ordusunun hücumundan sonra Ukraynanın bütün işğal edilmiş ərazilərinin azad edilməsi şansı yaranıb.

“Mayın 9-dan dərhal sonra Rusiyanın Qərbə, o cümlədən ABŞ-a qarşı təbliğat hücumu görünməmiş intensivliklə başladı. Makron da daxil olmaqla bütün agentura və Kreml tərəfdarları Putinin nüfuzunu xilas etmək üçün səfərbər olundu”, - Piontkovski vurğulayıb.

O qeyd edib ki, Makron Qərbi Ukrayna ilə bağlı güzəştlərin edilməsinin önəmli olduğuna inandırmağa çalışır.

Piontkovski deyib: “Sülh müqaviləsi bağlamaq və bundan sonra uzunmüddətli diplomatik yolların müzakirələrinə başlamaq Moskvanın son ümididir”.

Onun sözlərinə görə, Rusiyanın təzyiqi həm də ABŞ-dan Ukraynaya silah axınını azaltmağa yönəlib.

“Kreml üçün Ukrayna ərazisinin ən azı bir hissəsini dişi arasında saxlamaq çox vacibdir. Bu, öz xalqına bu saxta qələbəni sırımaq üçün yox, öz simasını saxlamaq üçün lazımdır. Moskvanın yaxın aylardakı diplomatik və təbliğat hücumu məhz bu istiqamətdə gedəcək”, - Piontkovski əlavə edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR