Saat:03:40
Haqqımızda

Putin gəlirləri barədə hesabat verdi – Altı ildə 68 milyon rubl qazanıb

2024-01-30 19:07:49

Putin gəlirləri barədə hesabat verdi – Altı ildə 68 milyon rubl qazanıb

Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası Rusiya Federasiyasının prezident seçkilərində qeydə alınmış namizəd Vladimir Putinin gəlir bəyannaməsini dərc edib.
Altı il ərzində, 2018-ci ildən 2022-ci ilə qədər Putin 67 milyon 591 min 875,34 rubl (800 min ABŞ dolları) qazanıb.
Bildirilir ki, bu, Rusiya Federasiyası Prezidentinin əmək haqqı, bank depozitləri, qiymətli kağızlar, habelə pensiyalar, o cümlədən hərbi pensiyalar və əmlakın satışından əldə edilən gəlirdir.
Putinin 2018-ci ildə olduğu kimi, sonuncu dəfə Mərkəzi Seçki Komissiyasına hesabat verərkən verdiyi bəyanatda onun Sankt-Peterburqda 77 metrlik mənzili və eyni yerdə 18 kvadratmetr sahəsi olan bir qarajı olduğu bildirilir. Həmçinin, ona məxsus nəqliyyat vasitələrinin siyahısı dəyişməyib: 1960 və 1965-ci il istehsalı olan iki QAZ M21, 2009-cu il istehsalı olan VAZ 2121 və 1987-ci il istehsalı olan Skif qoşqusu. Putin əvvəlki kimi “Bank Sankt-Peterburq”un 230 səhminə sahibdir.
Qeyd edilir ki, altı il ərzində Putinin adına rəsmiləşdirilən bank hesablarının sayı 13-dən 10-a qədər azalıb. Eyni zamanda, onlar üzrə əmanətlərin məbləği demək olar ki, dörd dəfə - 13,8 milyon rubldan 54,4 milyona qədər artıb. Son 12 ildə əmanətlərin məbləği təxminən on dəfə artıb - 2012-ci ildə Putin hesablarında 5,7 milyon rubl olduğu bildirib.
Vladimir Putinin seçki qərargahının mətbuat katibi Aleksandra Suvorova “Kommersant”a bildirib ki, onun 6 illik gəlirinin məbləği ilk növbədə prezident kimi maaşından ibarətdir. Bundan əlavə, 2017-ci ildə o, Moskva vilayətində sahib olduğu torpaq sahəsini satıb.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 15-17-nə təyin edilib. Vladimir Putin özünün namizədliyi ilə beşinci müddətə prezidentliyə namizəd olmaq qərarına gəlib. \\Yeniavaz.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.212956