Putin G20 sammitində iştirak etməyəcək

2023-08-29 14:29:55

Putin G20 sammitində iştirak etməyəcək

Putinin G20 sammitində iştirak etməyəcəyi təsdiqlənib.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Guardian” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ötən gün Putin Hindistanın Baş naziri Narendra Modi ilə telefonda danışıb. Görüş zamanı Putin Modiyə G20 Sammitində iştirak edə bilməyəcəyini bildirib.

Hindistan rəhbərliyindən verilən açıqlamada Putinin sammitə qatılmamaq qərarının anlaşılan olduğu qeyd edilib.

Putini sammitdə Xarici İşlər naziri Sergey Lavrov əvəz edəcək.

Qeyd edək ki, Hindistanın ev sahibliyi ilə keçiriləcək G20 Liderlər Zirvəsi 9-10 sentyabr tarixlərində keçiriləcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135360