Putin fərman İMZALADI: 2026-cı ilə qədər qüvvədə qalacaq
2025-12-01 21:10:13
Rusiya Prezidenti Vladimir Putin Çinli qonaqlar üçün viza tələblərinin ləğv edilməsi haqqında fərman imzalayıb.
Putin tərəfindən təsdiqlənən fərman ölkənin hüquqi informasiya sistemində dərc edilib.
Müvafiq olaraq, Çin vətəndaşları Rusiyaya 30 günə qədər vizasız səyahət edə biləcəklər və bu siyasət 14 sentyabr 2026-cı ilə qədər qüvvədə qalacaq. \\Oxu24.com
