Putin ərzaq embarqosunu 2024-cü ilə qədər uzadıb

2023-09-19 00:11:57

Putin ərzaq embarqosunu 2024-cü ilə qədər uzadıb

Rusiya sanksiyalara cavab olaraq 2014-cü ildə tətbiq edilən ərzaq embarqosunu daha 10 il uzadıb.

"Report"un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Prezident Vladimir Putinin imzaladığı sərəncamda deyilir.

Embarqonun bir hissəsi olaraq, iqtisadi sanksiyalar tətbiq edən dövlətlərdən ölkəyə ət və süd məhsulları, balıq, tərəvəz, meyvə və qoz-fındıq idxalı qadağandır.

Embarqo Avropa İttifaqı, ABŞ, Avstraliya, Kanada, Norveç, İslandiya, Lixtenşteyn, Albaniya və Monteneqroya şamil edilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135534