Putin erməniyə “Rusiya Qəhrəmanı” adı verdi

2022-05-26 11:00:00

Putin erməniyə “Rusiya Qəhrəmanı” adı verdi

Rusiya Prezidenti Vladimir Putin polkovnik-leytenant Andranik Qasparyanı “Rusiya Qəhrəmanı” adının verilməsi ilə bağlı fərman imzalayıb.

Hurriyyet.az-a istinadla xəbər verir ki, bu barədə Omsk vilayətinin qubernatoru Aleksandr Burkov məlumat yayıb.

Sərhəd müdafiəsi briqadası bölüyünün komandiri olan Qasparyanın Xerson vilayətindəki körpünün ələ keçirilməsində göstərdiyi qəhrəmanlığa görə bu ada layiq görülüb. Belə ki, 3 gün mühasirədə qalmasına və ardıcıl aviazərbələrə baxmayaraq, dəstə geri çəkilməyib. Qrup bu döyüş ərzində düşmənin, yəni Ukraynanın 23 ədəd zirehli maşınını məhv edib, 9 hücumunu dəf edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya