"Putin Ermənistanın Azərbaycan qarşısında tam gücsüz duruma düşməsinin qarşısını almaq istəyir" - ELXAN ŞAHİNOĞLU

2022-09-08 11:12:00

"Böyük ehtimalla, Paşinyan Putindən xahişi bu olub ki, Rusiya hərbçiləri Azərbaycana Qarabağda qayda-qanun yaratmasına imkan verməsinlər"

"Rusiya prezidenti Vladimir Putin Vladivostokda Şərq İqtisadiyyat Forumunda çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Birincisi, Kreml sahibinin bölgədə iqtisadi dəyəri olmayan Ermənistanın baş nazirini uzaq Vladivostokda iqtisadi foruma dəvət etməsinin məqsədi nədir? İkincisi, Kreml sahibi Vladivostokda Paşinyanla Qarabağla bağlı nəyi müzakirə edib? Vladimir Putin ikili oynayır. O bir tərəfdən Azərbaycanla strtateji tərəfdaşlıqdan danışır, digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Ermənistana dəxli olmayan mövzunu bu ölkənin baş naziri ilə müzakirə edir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq bildirib ki, Putinin Paşinyandan xoşu gəlməsə də, Kreml sahibi Ermənistandan imtina etməyib, Cənubi Qafqazdakı son forpostunun Azərbaycan qarşısında tam gücsüz duruma düşməsinin qarşısını almaq istəyir: "Böyük ehtimalla, Paşinyan Putindən xahişi bu olub ki, Rusiya hərbçiləri Azərbaycana Qarabağda qayda-qanun yaratmasına imkan verməsinlər. Rusiyalı hərbçilər alternativ yolu “dəhliz” adlandırır və əli silahlı erməni separatçılarının yol boyu hərəkətlərinə şərait yaradıblar. Bunun özü elə Azərbaycana qarşı növbəti təxribatdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.093365