Putin Ermənistana gedə bilməyəcək – parlamentin qərarı gözlənilir

2023-09-14 10:06:02

Putin Ermənistana gedə bilməyəcək – parlamentin qərarı gözlənilir

Hurriyyet.az “Aysor.am” saytına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin Roma statutunun parlamentə göndərdiyini və onun tam şəkildə təsdiqlənəcəyini bəyan edib.

Paşinyan deyib: “Bunun Ermənistan ilə Rusiya arasındakı münasibətlərlə heç bir əlaqəsi yoxdur. Bu, Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır”.

Bəlli olduğu kimi, bu il martın 17-də Haaqa Məhkəməsi Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərə görə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

Martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Roma statutunun ölkə Konstitusiyasına uyğunluğu barədə rəy verib. Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, sənəd ratifikasiya etmək üçün Ermənistan parlamentinə göndərilib. Roma statutunu imzalamış ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin orderini icra etməyə məcburdurlar. Parlament qərarı təsdiqlədikdən sonra V.Putin İrəvana səfər ediləcəyi təqdirdə həbs qərarı icra edilməlidir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135786