Putin Ərdoğanla telefon söhbətinə hazırlaşır - Peskov nəyin mümkün olmadığını söylədi?

2022-05-30 14:14:00

Putin Ərdoğanla telefon söhbətinə hazırlaşır - Peskov nəyin mümkün olmadığını söylədi?

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə açıqlamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov verib.

Kremlin mətbuat katibi  bildirib ki, Rusiya  Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli formatda telefon danışığının olacağı gözlənilir.

Peskov jurnalistlərə açıqlamasında deyib: “Həmkarlar dünən çox sayda suallar verərək üçtərəfli danışığın mümkün olub-olmadığını soruşurdular. Biz izah elədik: yox, söhbət Putinlə Ərdoğana arasındakı ikitərəfli danışıqdan gedir”.

Bundan əvvəl mətbuatda yayılan xəbərlərdə mayın 30-da Türkiyə Prezidenti R.T.Ərdoğanın rusiyalı həmkarı V.Putin və Ukraynanın dövlət başçısı V. Zelenski ilə telefonla danışmağı planlaşdırıldığı bildirilmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya