Saat:04:59
Haqqımızda

Putin Ərdoğana vasitəçilik təklifi edib – Əsədlə danışıqlar başlana bilər

2022-08-09 15:15:00

Putin Ərdoğana vasitəçilik təklifi edib – Əsədlə danışıqlar başlana bilər

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, “Türkiye” nəşri öz mənbələrinə istinadla Putinin Ərdoğana B.Əsədlə danışmağı təklif elədiyini yazıb.

Qəzet yazır ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Suriya Prezidenti Bəşər Əsəd ilə telefonla danışmağı təklif edib.

Bəlli olduğu kimi, Ərdoğan ötən həftə Soçiyə səfər edib, Putinlə birlikdə Suriya məsələsini müzakirə edib.

Qəzet yazır: “Səfərdən geri dönərkən jurnalistlərin suallarına cavab verən Ərdoğan deyib ki, Suriya ilə sərhəddə terrorçu qrupların varlığına baxmayaraq, Putin ona təklif edib:  “əgər siz onları rejimlə bir yerdə həlleləməyə üstünlük versəniz, bu, daha yaxşı olardı”.

Hökumət dairələrinə yaxınlığı ilə tanınan qəzet xəbər verir ki, Putin tərəflərə müzakirələr üçün görüşməyi təklif edib, lakin Ankara görüşmək üçün “hələ çox erkən” olduğunu söyləyib.

Nəşr yazır: “Bununla yanaşı qeyd edilib ki, Ərdoğan ilə Əsədin arasında telefon danışığı baş tuta bilər. Türkiyə ilə Suriya arasındakı danışıqların başlanması üçün regiona yaxşı bələd olan ekspertlərdən ibarət komissiyanın yaradılmasına başlanıb”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR