Saat:14:47
Haqqımızda

Putin Əfqanıstandakı vəziyyətdən NARAHATDIR

2021-12-06 23:43:00

Putin Əfqanıstandakı vəziyyətdən NARAHATDIR

Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyətin narahatlıq doğurduğunu deyib.

O, bu barədə Hindistanın baş naziri Narendra Modi ilə danışıqlar zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya xüsusilə terror, narkotik və mütəşəkkil cinayətkarlıq problemlərindən narahatdır. Putin vurğulayıb ki, Rusiya və Hindistanın bir çox məsələlərdə mövqeləri üst-üstə düşür.

Rusiya lideri əlavə edib ki, Rusiya və Hindistan öz ərazilərində birgə hərbi təlimlər keçirir və bu yaxınlarda 2+2 formatında (müdafiə və xarici işlər nazirləri – Red) görüşü tərəflərin belə əlaqələri inkişaf etdirmək istəyini vurğulayır. \\Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR