Saat:06:51
Haqqımızda

“PUTİN DAHA QALİB GƏLƏ BİLMƏZ” - Müharibənin növbəti mərhələsi üzrə 5 ssenari

2022-05-21 09:40:00

“PUTİN DAHA QALİB GƏLƏ BİLMƏZ” - Müharibənin növbəti mərhələsi üzrə 5 ssenari

"Heç kim Rusiya-Ukrayna müharibəsinin necə nəticələnəcəyini və nə vaxt bitəcəyini deyə bilməz. Amma gerçəklik budur ki, bu müharibədə Rusiyanın qalib gəlmək şansı sıfıra bərabərdir. Qərb hökumətləri və analitiklərin fikrincə, Rusiya bu müharibədə əsas məqsədlərinin heç birinə nail ola bilmədi. Ukrayna hazırda tank döyüşlərinin artilleriya zərbələri ilə əvəz olunduğu müharibənin son mərhələsindədir. Belə olan halda düşünmək olar ki, müharibə gec-tez atəşkəs və ya barışıqla başa çatacaq"

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın "The Wall Street Journal" portalında dərc olunuan "Rusiya artıq qalib gələ bilməz. Müharibənin növbəti mərhələsinin 5 mümkün ssenarisi" başlıqlı məqalədə sözügedən mövzuya toxunulur. Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirik:

Ssenari 1 - "Rusiya ordusu məğlub olacaq"

Yüksək motivasiyalı, yaxşı silahlanmış və taktiki cəhətdən bacarıqlı Ukrayna qüvvələri Rusiya ordusunun zəif nöqtələrini çox yaxşı analiz edib. Qərb analitiklərinin fikrincə, Ukraynadakı ağır itkilərdən sonra rus zabit korpusu ciddi şəkildə zəifləyib.

 

Müharibə ilə bağlı Qərbin əksər təhlilləri göstərir ki, Moskvanın qüvvələrini şərq və cənub-şərqdə cəmləşdirmək və Donbasda möhkəmlənmək planı rusların gözlədiyindən daha ləng həyata keçirilir. Pentaqon rəsmiləri iddia edirlər ki, Ukrayna ordusu artıq vəziyyəti dəyişməyə başlayıb. Ukrayna ordusunun əks-hücumlarla rus qüvvələrinə növbəti ağır məğlubiyyətlər yaşadacağı istisna edilmir. Çeçen döyüşçülər və digər silahlı birləşmələrdən istifadə Rusiya ordusnun koordinasiyasını daha da çətinləşdirib.

Ssenari 2 - "Ukrayna ordusu məğlub olacaq"

Ukraynalıların Rusiya qoşunlarına vurduğu ziyanın həcmi açıqlansa da, Ukrayna qüvvələrinin nə qədər zərər çəkdiyinə dair çox az məlumat var. Bu məlumatlara əsasən, Ukrayna ordusunun hərbi avadanlıq itkisi kifayət qədər çox olub.

Ancaq Qərbin silah yardımı bu itkiləri kompensasiya etməyə imkan verir. Bu səbəbdən də Ukraynanın öz torpağında məğlub olacağı çox zəif bir ehtimaldır.

Ssenari 3 - "Müharibə bir neçə il uzanacaq"

Müharibələr çox vaxt heç bir tərəfin uduzmağa cəsarət etmədiyi bir dalana çevrilir. Qərb rəsmiləri xəbərdarlıq edir ki, münaqişə gələn il və ya ondan sonra da davam edə bilər.

 

Bir sıra analitiklər Ukraynanın qarşıdakı bir neçə həftə ərzində əks-hücumlarını gücləndirərək, müharibənin kritik mərhələsinə başladacaqlarını gözləyirlər. Ukraynanın bu həmləsi müharibənin gələcək taleyini də müəyyən edəcək.

Ssenari 4 - "Ukrayna ordusu əks-hücuma keçəcək"

Analitiklərin fikrincə, hazırkı mərhələdə Qərbin Ukraynanı silahlandırması son dərəcə vacibdir. Pentaqonun yüksək səviyyəli sözçüsü bazar ertəsi bildirib ki, ABŞ-ın Ukraynaya təhvil verdiyi "90 M777" artilleriya silahından 74-ü Xarkov ətrafında və başqa yerlərdə ön sıralardadır.

Bu haubitsaların uzaq məsafəsi ukraynalılara atəş zonasına düşmədən Rusiya qoşunlarına hücum etməyə imkan verir. Ukrayna həmçinin digər Qərb avadanlıqlarını, o cümlədən "Switchblade" və "Phoenix Ghost" dronlarını alır. Əgər ukraynalılar irəliləsələr, növbəti sual onların harada dayanacaqlar olacaq. Ukraynanın minimum hədəfi Rusiyanın işğalından bir gün əvvəl, fevralın 23-də olan mövqelərə qayıtmaqdır. Analitiklərin fikrincə, ukraynalılar uğur qazanarsa, dayanma Ukrayna prezidenti Volodimir Zelenski üçün siyasi çağırış olacaq. Hücum əməliyyatları müdafiə olunmaqdan daha çətindir. Rusların çoxdan yerləşdiyi ərazilərdə, Donbassda və xüsusilə Krımda əməliyyatlara başlamaq Ukrayna üçün iddialı ola bilər. Bu mərhələdə Zelenskiyə hücumları dayandırmaq üçün xarici təzyiqlərin artacağı ehtimal edilir.

Ssenari 5 - "Eskalasiya"

Bəzi analitiklər küncə sıxılmış Rusiya liderinin döyüş meydanında taktiki nüvə və ya kimyəvi silahlardan istifadə etməklə münaqişəni gərginləşdirəcəyindən narahatdırlar. Qərb analitikləri bunun mümkün olduğunu deyirlər.

Bu cür silahların tətbiqi geniş beynəlxalq qınaq doğuracaq və çox güman ki, Rusiya iqtisadiyyatının daha da təcrid olunmasına, o cümlədən təkcə Rusiya şirkətlərinə deyil, həm də istənilən biznes şirkətinə qarşı potensial olaraq ikinci dərəcəli sanksiyaların tətbiqinə səbəb olacaq.

Analitiklərin fikrincə, Rusiyanın bu addımı Ukraynaya zərər verməkdən daha çox, Kiyev hakimiyyətinə təsir etmək və Qərb hökumətlərini sülh üçün Ukraynaya təzyiq göstərmələrinə təşviq etməyə hesablanıb".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR