Saat:02:21
Haqqımızda

Putin çarəsizdir, birlikdə məhv edərik... - ABŞ generalı

2022-10-03 14:19:00

Putin çarəsizdir, birlikdə məhv edərik... - ABŞ generalı

Əgər Putin nüvə silahından istifadə edərsə, ABŞ və müttəfiqləri Ukraynadakı rus əsgərlərini və texnikasını məhv edərək, Qara dənizdəki gəmilərini batırar.

Hurriyyet.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq direktoru Devid Petreus deyib. O, Moskva liderinin çarəsiz olduğunu bildirib:

“Təbii ki, biz kağız üzərində danışırıq, amma belə olan halda biz NATO-ya rəhbərlik edib Rusiyanın Ukrayna və Krımda silahlarını birlikdə məhv edəcəyik”.

Petreus Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə NATO-nun 5-ci maddəsinin qüvvəyə minməyəcəyini də xüsusi vurğulayıb:

“Lakin radiasiya NATO üzvü olan ölkələrə çatarsa, o zaman 5-ci maddə tətbiq oluna bilər”, - o deyib.

Qeyd edək ki, NATO-nun 5-ci maddəsində bu təşkilata üzv olan hər hansı ölkəyə hücum olarsa, bütün NATO-ya üzv ölkələrin hərəkətə keçərək həmin ölkəyə dəstək verməli olduğu öz əksini tapıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR