Putin çamadanlarını yığıb: Hara qaçacaq?

2022-08-02 16:47:00

Putin çamadanlarını yığıb: Hara qaçacaq?

“Yaxın gələcəkdə iki ssenari var: Putini ya onu öldürəcəklər, ya da ölkədən qaçacaq”.

Bunu Yenisabah.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

O, Ukrayna müharibəsinin uğursuzluqla nəticələnəcəyi təqdirdə Vladimir Putinin devriləcəyi, hətta Rusiyadan qaçacağı barədə iddiaları şərh edib:

“Mən Rusiyanın həm dövlət, həm də müxalifət kanallarını izləyirəm. Təhlillərimə əsasən, dövlət televiziyaları açıq-aşkar təbliğat aparır. Ancaq “YouTube” platformasındakı fəaliyyət göstərən müxalifət kanallarını izləsək görərik ki, Putinin reytinqi günbəgün aşağı düşür.

Rusiya böhranın girdabındadır. Sadə vətəndaş iqtisadi böhrandan, inflyasiyadan bezib, Putinə qarşı ayağa qalxacaqsa, onun qaçmaqdan başqa çarəsi yoxdur.

Putin məğlubedilməz bir insan deyil, əgər indiki vəziyyət davam edərsə, onun hakimiyyətdə qalması real görünmür”.

Samir Hümbətov yaxın gələcək üçün 2 ssenarinin olduğunu bildirib:

“Ya onu öldürəcəklər, ya da ölkədən qaçacaq. Putinin ölkəni tərk etməsi “yenilməz Rusiya imperiyası”nın dağılması deməkdir. Lakin onun vətəndaş müharibəsinin getdiyi Suriyaya qaçacağı iddiası reallığa yaxın bir proqnoz deyil.Putinin qaçacağı yer Suriya yox, Çin və yaxud Viyetnam olacaq. Bu iki dövlət Putini gizlədə biləcək gücdədir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060139