Putin bu səhvinə görə Ukraynanı məğlub edə bilmədi - Kəşfiyyat

2022-05-10 14:15:00

Putin bu səhvinə görə Ukraynanı məğlub edə bilmədi - Kəşfiyyat

Rusiya ordusu düşməni ciddi şəkildə qiymətləndirmədiyi üçün mayın 9-dək Ukraynada böyük qələbə qazandığını elan edə bilmədi.

Hurriyyet.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Rusiyanın Ukraynanın müqavimətini lazımi səviyyədə qiymətləndirməməsi açıq-aşkar əməliyyat səhvlərinə gətirib çıxardı və prezident Putinə 9 May paradında Ukraynada mühüm hərbi uğur elan etməyə mane oldu”.

Britaniya kəşfiyyatı hesab edir ki, Rusiyanın işğal planı “məhdud müqavimətlə qarşılaşacağı və əraziləri sürətlə mühasirəyə alıb zəbt edə biləcəyinə dair yanlış fərziyyəyə əsaslanırdı”.

"Bu səhv hesablama böyük itkilərə və sonradan Rusiyanın əməliyyat planının zəifləməsinə səbəb oldu", - Böyük Britaniya Müdafiə Nazirliyi bildirib. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya