Putin: "Bu dil ingilis dilini üstələyəcək. Nəvələrim artıq sərbəst danışırlar"
Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putin nəvələrinin Çin dilində sərbəst danışdıqlarını söyləyib.
Putin məktəblilərlə görüşü zamanı deyib: "Ailəmin kiçik üzvləri Çin dilində sərbəst danışırlar. Bu, ingilis dilinə marağı unutmalı olmağımız demək deyil. İngilis dili - böyük dildir".
Ötən ilin yayında RF Prezidentinin elm və təhsil üzrə köməkçisi Andrey Fursenko Rusiya ali məktəblərinin tədricən Çin dilini öz proqramlarına daxil etməyə başlayacaqlarını xəbər vermiş, səbəbinin bu dilin elm sahəsində mühüm dillərdən birinə çevrilməsi olduğunu demişdi: "Çin dilində texniki sənədləşmənin həcmi dünyada daim artmaqdadır. Bəzi qiymətləndirmələrə görə, artıq bir neçə ildən sonra texniki sənədləşmə sahəsində Çin dili ingilis dilini geridə qoyacaq. Bu isə o deməkdir ki, texnologiya dünyasında çalışan adam hökmən müvafiq sənədləri anlaya bilməlidir".
Hürr Tərcüman