Saat:19:30
Haqqımızda

Putin bəzi ölkələri cəzalandırmağı planlaşdırır - Açıqlama

2024-04-16 20:31:51

Putin bəzi ölkələri cəzalandırmağı planlaşdırır - Açıqlama

“Rusiya-Ukrayna cəbhəsində situasiya Kiyevin əleyhinə dəyişir. Rusiyanın hücumları, taktiki uğurlar əldə etməsi Ukrayna ordusunda ruh düşkünlüyü və geri çəkilmə ilə nəticələnir. ABŞ-da prezident seçkiləri öncəsi Konqresin Ukraynaya yardımları təsdiq etməməsi, Avropanın vahid mövqeyinin olmaması Putini kifayət qədər cəsarətləndirib. Rusiya prezidenti təkcə Ukraynanı deyil, Polşa, Pribaltika ölkəri və Mərkəzi Asiyani cəzalandırmağı planlaşdırır. Təbii ki, Avropanın cəsarətsizliyi, ABŞ-ın vecsizliyu Ukraynanın bir dövlət kimi mövcudluğunu sual altına qoyub”.

Hurriyyet.Az bildirir ki, bunu Bakupost.Az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, Almaniya, Fransa və Böyük Britaniya üçlü koalisiya yaradıb, Ukraynada Rusiyanın hücumlarını dayandıra bilər:

"Vaşinqtonda hesab edirdilər ki, Avropa Rusiya qarşısında mövqeyini ortaya qoyacaq. Amma artıq ABŞ İranın İsrailə hücumunun nə qədər təhlükəli olduğunu, Rusiya və İranın ikili əməkdaşlığınin Vaşinqtonun beynəlxalq maraqlarına təhlükə yaratdığını anlayır. Növbəti ayda respublikaçıların Ukraynaya hərbi yardımı təsdiq etməsi mümkün ola bilər. Almaniya və Fransa da Ukraynada Rusiyanın irəliləyişinin təhlükəli olduğunu, Moskvanın Avropa üzərində dominantlığının yaxınlaşdıgıni hiss etdikdən sonra Ukraynaya əməli hərbi yardımları artıracaq. Proses yay aylarında mümkün görünür”.

 

Sevinc

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.196675