Saat:17:51
Haqqımızda

Putin barədə həbs qərarı qüvvədə qalacaq – Sülh razılaşması əldə edilsə belə

2025-12-06 17:47:16

Putin barədə həbs qərarı qüvvədə qalacaq – Sülh razılaşması əldə edilsə belə

Ukraynada müharibə cinayətlərində ittiham olunan Vladimir Putin və digər Rusiya rəsmiləri üçün Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs orderləri, tərəflər sülh danışıqları zamanı ümumi əfv barədə razılığa gəlsələr belə, qüvvədə qalacaq.

Hurriyyet.az xəbər verir ki, “Reuters”-in məlumatına görə, BCM rəsmiləri bildiriblər ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı istintaq yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən müvəqqəti olaraq təxirə salına bilər.

BCM-də Prokuror müavini Nəcat Şamim Xan deyib ki, "Əgər istintaq artıq davam edirsə, biz öz tənzimləyici çərçivəmizə uyğun hərəkət edirik".

Xatırladaq ki, Beynəlxalq Məhkəmə Ukraynadakı hərbi cinayətlərə görə Vladimir Putin, Rusiya Uşaq Ombudsmanı Mariya Lvova-Belova, eləcə də keçmiş müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov, Hərbi Hava Qüvvələri komandanı Sergey Kobılaş və Qara Dəniz Donanmasının komandanı Viktor Sokolov üçün həbs orderləri verib.

AzPolitika.info