Saat:17:14
Haqqımızda

"Putin anlayır ki, Donbassın ilhaqı Krımın ilhaqına bənzəməyə bilər" - ELXAN ŞAHİNOĞLU

2022-01-21 10:58:00

"Rusiya ordusu Donbasa daxil olacağı halda atəşkəs pozulacaq, qarışılıq atışmalarda hər iki tərəfdən itkilər olacaq və bu halda müharibə qaçılmazdır"

"Başda ABŞ prezidenti Co Bayden olmaqla, Qərb rəsmiləri və diplomatları Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalını yüksək qiymətləndirirlər. Əks halda Rusiya aylarla Ukrayna ilə sərhəddə niyə yüz minlik qoşun saxlasın?" Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, qərar Rusiya prezidenti Vladimir Putinə bağlıdır, yəni o, düyməyə basan kimi müdaxilə başlayacaq: "Ancaq Kreml sahibi anlayır ki, Donbassın ilhaqı Krımın ilhaqına bənzəməyə də bilər. 2014-cü ildə dağılan Ukrayna ordusu Krım uğrunda savaşmadı və Kreml yarımadanın ilhaqını asanlıqla həyata keçirdi. İlhaqdan keçən 8 il ərzində Ukraynada ordu gücləndirildi, peşəkarlığı artdı, müasir silahlarla təhciz olundu. Böyük müharibədən çəkinən Kreml Donbas separatçılarının nəzarətindəki ərazisiylə də kifayətlənib, bu bölgəni Rusiyaya birləşdirə bilər. Kremldə hesab edə bilərlər ki, Kiyev onsuz da itirdiyi ərazi uğrunda savaşmayacaq. Ancaq Rusiya ordusu Donbasa daxil olacağı halda atəşkəs pozulacaq, qarışılıq atışmalarda hər iki tərəfdən itkilər olacaq və bu halda müharibə qaçılmazdır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Donbass separatçıları savaşı tezləşdirə bilərlər: "Misal üçün separatçılar atəşkəsi pozub Ukrayna ordusu tərəfdə kiçik təxribat törətməklə qarşı tərəfin atəşinə tuş gələcəklər. Bu da Rusiyanın Donbasa müdaxiləsini sürətləndirəcək. Elə separatçılara bu lazımdır. Donbas separatçıları Krım separatçıları kimi Rusiyaya birləşmək istəyirlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR