Saat:13:32
Haqqımızda

"Putin 8 il əvvəl Türkiyə pomidorlarıyla mübarizə aparırdı, bu dəfə Qərb tanklarını seçib" - ELXAN ŞAHİNOĞLU

2023-02-03 13:47:00

"Onun üçün çıxış mətnlərini hazırlayanlar özlərinə çox əziyyət vermirlər"

"Kremldə Rusiya prezidenti Vladimir Putin üçün çıxış mətnlərini hazırlayanlar özlərinə çox əziyyət vermirlər. Onlar bəzən mətndə yalnız bir sözü dəyişməklə mətnin hədə hissəsinə toxunmurlar". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, Kreml sahibi dünən Volqoqradda çıxışı zamanı Ukraynaya tank verən Qərb ölkələrini bu sözlərlə hədələyib: ""Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək". Türkiyə 2015-ci ildə sərhədi pozan Rusiya təyyarəsini vurmuş və bundan sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi. Putin o zaman Türkiyəni bu sözlərlə hədələmişdi: "Türkiyə yalnız pomidorla canını qurtara bilməyəcək". Putin pomidoru ona görə xatırlatmışdı ki, Rusiya Türkiyənin əsas kənd təssərrüfatı məhsulunun Rusiyaya ixracına qadağa qoymuşdu.

Politoloq əlavə edib ki, Putin 8 il əvvəl Türkiyə pomidorlarıyla mübarizə aparırdı, bu dəfə Qərb tanklarını seçib: "Daha sonra Türkiyə pomidoru Rusiya bazarına yol tapdı və Putin dediklərini unutdu. Qərb tanklarıyla bağlı dediyi sözləri də bir gün unutmaq məcburiyyətində qalacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR