Putin 6 generalı işdən çıxarıb - Britaniya kəşfiyyatı

2022-08-26 11:34:00

Putin 6 generalı işdən çıxarıb - Britaniya kəşfiyyatı

Rusiya Müdafiə naziri Sergey Şoyqunun “xüsusi əməliyyat”ın sürətinin bilərəkdən ləngiməsi ilə bağlı bəyanatı dezinformasiyadır.

Bu barədə Britaniya kəşfiyyatı bildirib.

“Rusiyanın hücumu əməliyyatlarda cüzi uğur qazanması və Ukraynanın şiddətli müqaviməti səbəbindən dayanıb. Şoyqunun göstərişi ilə Ukraynada döyüşən Rusiya qüvvələri planlaşdırılmış əməliyyat müddətini dəfələrlə pozublar”, - Britaniya kəşfiyyatından bildiriblər.

Həmçinin Britaniya Müdafiə Nazirliyi bildirir ki, çox güman ki, Şoyqu və Rusiya Prezidenti Vladimir Putin kifayət qədər sürətlə irəliləmədikləri üçün ən azı altı generalı işdən çıxarıblar.

Bakupost.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061667