Saat:23:17
Haqqımızda

Pulu maqnit kimi çəkən BÜRCLƏR

2025-04-11 20:08:23

Pulu maqnit kimi çəkən BÜRCLƏR

Bəzi insanlar var ki, sanki pul onlara tərəf özü gəlir. İş qururlar - uğur qazanırlar, sərmayə qoyurlar - qazancla çıxırlar. Bəs bunun səbəbi nədir?

Hurriyyet.az milli.az-a istinadən xəbər verir ki, astrologiya mütəxəssisləri bu fenomenin cavabını bürclərdə axtarıb. Ulduzlara görə, bəzi bürclər pul enerjisini sözün əsl mənasında maqnit kimi cəzb edir.

Oğlaq - Planlı uğurun bürcü

Oğlaqlar intizamları, planlı düşüncə tərzləri və çalışqanlıqları ilə seçilirlər. Pul qazanmaq onlar üçün məqsəd deyil, bir həyat tərzidir. Dəqiq strategiyalarla hərəkət etdikləri üçün uğur gec də olsa, mütləq qapılarını döyür.

Buğa - Sərmayəni duyan instinkt

Buğalar maddi sabitliyi çox sevir və instinktiv olaraq nəyə sərmayə qoymalı olduqlarını hiss edirlər. Pulun dəyərini bilirlər və onu qorumağı da bacarırlar. Bu səbəbdən, buğa bürcü təbii olaraq zənginliyə doğru yönəlir.

Əqrəb - Risk alır, amma qazanır

Əqrəblər risk almasını bilir və bu, onların ən böyük üstünlüyüdür. Əksəriyyətin qorxduğu addımları ataraq qazancı ələ keçirirlər. Dərin düşüncə və güclü analiz qabiliyyəti sayəsində, pulun gizli yollarını tapmaqda ustadırlar.

Qız - Təfərrüatlarda gizlənən uğur

Qız bürcləri detalların ustasıdır. Maliyyə məsələlərində heç nəyi təsadüfə buraxmazlar. Pul idarəçiliyində mükəmməllikləri onları uğura aparır. Onlar üçün hər qəpik hesablanır və dəyərləndirilir.

Şir - Zənginliyə doğulan liderlər

Şirlər təbii liderdir və bu liderlik onları tez-tez yüksək gəlirli mövqelərə gətirir. Özlərinə inamları və ambisiyaları ilə pullu fürsətləri cəlb edirlər. Onların parlaqlığı maddi uğurla tez-tez əl-ələ verir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.169609