PUA hücumu: Rusiyanın ən böyük neftayırma zavodlarından biri sıradan çıxıb
2025-12-15 17:15:21
Hurriyyet.az xəbər verir ki, dron hücumları nəticəsində Rusiyanın ən böyük neftayırma zavodlarından biri sıradan çıxıb. "Röyter" agentliyinin mənbələrə istinadla verdiyi məlumata görə, Ukrayna dronlarının cümə günü həyata keçirdiyi hücumlar nəticəsində "Slavneft-Yaroslavneft" neftayırma zavodu yanacaq istehsalını dayandırıb.
Zavod paytaxt Moskva şəhərindən 250 km məsafədə yerləşir, Rusiyanın 5 ən iri neftayırma zavodundan biridir.
Hürr Tərcüman
