Psixi və fiziki xəstəlikləri sağaldan GAPS dieta nədir?

2022-07-25 21:06:00

Psixi və fiziki xəstəlikləri sağaldan GAPS dieta nədir?

Düzgün qidalanma hətta psixi xəstəliklər, depressiya və autizmi belə sağaldır. Çünki 90% xəstəliklərin kökü bağırsaqdadır.

Dünyada 20-dən çox xəstəliyin müalicəsində istifadə edilən GAPS dieta bağırsaq və psixologiya sindromu sözlərindən qaynaqlanır.

Bu pəhrizin nəzəriyyəsi budur ki, psixi sağlamlıq həzm sistemi ilə əlaqəlidir.

Dietanı nevropatoloq Nataşa Kempell icad edib. O, öz autist oğlunu bu dieta ilə sağaldıb.

Doktor qeyd edib ki, bağırsaq düzgün işləməyəndə qana zərərli maddələr və mikroorqanizmlər buraxır. Onlar da qanla beyinə gedərək nevroloji zədələnmə verir.

GAPS dieta nəyi sağaldır?

- Autizm,

- Hiperaktivlik

- Diqqət yayqınlığı

- Şizofreniya

- Depressiya

- Turett sindromu

- Bipolyar pozulma

- Enurez

- Obsessiv pozulmalar

- Disleksiya

- Nevroz

- Allergiya

GAPS dietasına nələr daxildir?

 

1-ci mərhələ: sümük bulyonu, zəncəgfil, nanə, yaşıl çay balla, kefir, qatıq, probiotiklər

2-ci mərhələ: çiy yumurta sarısı, kərə yağı və suda bişmiş ət

3- cü mərhələ: qrildə, manqalda quzu əti, zeytun yağı, tərəvəzlərdən şirə və qara çörək.

Hər mərhələ 1 ay davam edir.

Bütün digər ərzaqlar qadağandır.

 

Aygün Musayeva

BakuPost


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.050884