Saat:18:32
Haqqımızda

Psixi sağlamlığınızı qorumaq üçün bu saatda yatın - Professor

2025-01-15 19:32:56

Psixi sağlamlığınızı qorumaq üçün bu saatda yatın - Professor

Türkiyəli professor, psixoterapevt yxu saatı ilə bağlı xəbərdarlıq edib.

Hurriyyet.Az Ölkə.Az-a istinadla xəbər verir ki, o bu barədə sosial şəbəkələrdə paylaşım edib.

"Saat 23:00 və 04:00 arası dərin bir yuxuya getməlisiniz. Melatonin ən çox bu saatlarda yüksək olur. Psixi sağlamlığınızı qorumaq istəyən yata. Yuxlayın",-  deyə o yazıb.

Həkim həmçinin sözügedən saatlıarda yuxuya getmək problemi olanlara melatonin əlavəsi qəbul etməyi tövsiyə edib. O bildirib ki, özü də bu üsula baş vurur.

Psixoterapevtin bu paylaşımına çox sayda yumoristik şərh yazılıb.

Qeyd edək ki, melatonin epifizin ən əsas hormonudur. Gecə və gündüzün sirkad ritmini təyin edir. Epifiz vəzisinin pineolasit hüceyrəsindən ifraz olunur. Elektromaqnit sıxlığı artdıqca onun ifraz olunması azalır. İnsan bu hormon sayəsində yuxuya gedir. İnsanda yorğunluğu artırır. Bu proses saat 23:00-dan 05:00-dək gedir. İfraz olunması işıqda azalır, qaranlıqda isə artır. Melatonin hormonunun yaşlanmağa gecikdirici təsiri də var.

 

 


 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.185602