Saat:23:09
Haqqımızda

“Prospektdə Gərgin Anlar: Sürücü və piyada çətinliyi

2025-12-05 21:30:40

“Prospektdə Gərgin Anlar: Sürücü və piyada çətinliyi

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Hurriyyet.az xəbər verir ki,  Baku TV-də yayımlanan  budəfəki buraxılışda paytaxtın Şah İsmayıl Xətai prospektində yol hərəkətinin təşkilində mövcud olan problemlər diqqətə çatdırılıb.

Bildirilib ki, aylar əvvəl prospektdə asfalt örtüyü yenilənsə də, xətlənmə işlərinin aparılmaması səbəbindən hərəkətin təşkili xeyli çətinləşib. Bundan əlavə, parkinq nişanları mövcud olsa da, yerdə xətlərin olmaması sürücülərin avtomobilləri nizamsız şəkildə saxlamasına səbəb olur.

Hərəkətin intensiv olduğu prospektdə işıqforun qarşısında "stop" xətlərinin olmaması isə vəziyyəti daha da çətinləşdirir.

Qeyd olunub ki, prospektdə piyada keçidlərinə, iki əksistiqamətli yolu ayıracaq qoşa xəttə, "stop" xətlərinə və digər yol nişanlarına ehtiyac var.