Saat:17:12
Haqqımızda

Prokurorun 12 il 6 ay cəza tələb etdiyi Ziya Kazımov işdən çıxmaq üçün raport yazıb - ÖZƏL

2023-08-28 15:35:56

Prokurorun 12 il 6 ay cəza tələb etdiyi Ziya Kazımov işdən çıxmaq üçün raport yazıb - ÖZƏL

“Tərtər İşgəncələri” işi üzrə mühakimə olunan Azərbaycan ordusunun zabiti Ziya Kazımov ordudan uzaqlaşdırılması üçün raport yazıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Ziya Kazımov öz raportunu korpus komandiri general-leytenant Mais Bərxudarova təqdim edib.

Qeyd edək ki, adı işgəncələrdə hallanan Ziya Kazımov ittihamları qəbul etmir.

Məhkəmə prosesində də dindilərən bütün şahidlər onun əleyhinə ifadə verməkdən imtina edib.

Ziya Kazımov Hadrutu və digər rayonlarımızın işğaldan azad olunmasında xüsusi qəhrəmanlıqları ilə seçilib.

O, Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıqlar (sol ayaq, sağ və sol əl barmaqlarında) alaraq şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılıb hospitala təxliyə edilib.

Mayor Z.Kazımov 09 noyabr 2020-ci il tarixində hospitala qəbul olunduğu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.

Qeyd edək ki, mayor Ziya Kazımov Hadruta ilk daxil olan komandirlərdən biri olub. O, həmçinin, Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzuli yolunun tam təhlükəsizliyini mühafizəsini təmin edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229086