Saat:02:05
Haqqımızda

Prokurorluq məşhur jurnalistə 9 il həbs cəzası İSTƏDİ

2023-01-31 20:51:00

Prokurorluq məşhur jurnalistə 9 il həbs cəzası İSTƏDİ

Rusiya prokurorluğu məhkəmədən jurnalist Nevzorova qiyabi olaraq 9 il həbs cəzası istəyib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva məhkəməsində prokurorluq jurnalist Aleksandr Nevzorovun Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılması ilə bağlı cinayət işi üzrə qiyabi olaraq 9 il cəza təyin edilməsini istəyib.

Öz növbəsində Nevzorovun müdafiə tərəfi onun açıq mənbələrdən olan məlumatlardan istifadə etdiyini vurğulayaraq bəraət hökmünün çıxarılmasını istəyib.

Jurnalistə hökm çərşənbə günü, fevralın 1-i saat 11:00-da elan olunacaq.

Nevzorov xaricdə olduğu üçün ona qarşı proses qiyabi keçirilir.

Jurnalist qiyabi olaraq etibarlı xəbərlər adı altında RF Silahlı Qüvvələrinin hərəkətləri haqqında “qəsdən yalan məlumat yaymaqda” ittiham olunub.

Rusiya müstəntiqləri onu beynəlxalq axtarışa veriblər. Məhkəmə qiyabi olaraq Nevzorov barəsində istintaq təcridxanasında həbs qətimkan tədbiri seçib.

KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.171701