Prokurorluq Koçaryanın mal-mülkünün müsadiə edilməsini tələb edib
Hurriyyet.az xəbər verir ki, Ermənistan Prokurorluğu məhkəmədə ölkənin ikinci prezidenti Robert Koçaryan ilə "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Çakuryanın onlarla mülkünü və yüz milyon dollara yaxın vəsaitini müsadirə etməyi tələb edib. Prokurorluq həmin mal-mülkün qanunsuz yolla əldə edildiyini hesab edir. Bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentin hüquqi məsələlər üzrə dövlət komissiyasının iclasında söyləyib.
Koçaryan ilə onunla əlaqəsi olan 7 nəfərin 25 mülkünün müsadirə edilməsi tələb olunur. Prokurorluq Koçaryanın 5 ədəd nəqliyyat vasitəsini, 4 milyon dollar dəyərində səhmlərini dövlətin hesabına qaytarmağa, həmçinin onun Ermənistanda və xaricdəki 16 hüquqi şəxsin fəaliyyətində iştirakını dayandırmağa çalışır. Vardapetyanın sözlərinə görə, bunlardan əlavə, Baş Prokurorluq 25 milyon dollarlıq istiqrazların və 89 milyon dollar vəsaitin müsadiə edilməsini tələb edir.
Çarukyanın və onunla əlaqədar şəxslərin 79 mülkünün və 42 nəqliyyat vasitəsinin, külli miqdarda pul vəsaitlərinin və digər əmlaklarının müsadirə edilməsini tələb edib.
Hürr Tərcüman