Saat:17:41
Haqqımızda

“Prokurorluğun xəbərdarlıqlarını çox da ciddiyə almaq lazım deyil” - Hüquqşünas

2022-08-10 10:30:00

“Prokurorluğun xəbərdarlıqlarını çox da ciddiyə almaq lazım deyil” - Hüquqşünas

“Azərbaycanda prokurorluq bəzən bu səlahiyyətindən sui-istifadə edir. Fikrindən, əqidəsindən xoşu gəlmədiyi adamlara belə xəbərdarlıqlar etməyə başlayır”.

Bu sözləri Yenisabah.az-a hüquqşünas Əkrəm Həsənov son vaxtlar vətəndaşların hüquq-mühafizə orqanlarına çağırılaraq xəbərdarlıq etməsinə münasibət bildirərkən deyib. O, bildirib ki, qanunvericilikdə söz azadlığı var və qanunla söz azadlığı  məhdudlaşdırıla bilər:

“Bu, birbaşa qanunla tənzimlənməlidir. Prinsipcə vətəndaşa qarşı böhtan yaxud təhqir və ya  deyilibsə, kiminsə işgüzar nüfuzuna xələl gətiribsə, digər şəxsə qarşı məhkəmədə iddia qaldıra bilər. Dövlət sirrindən bu halda da həmin şəxsə qarşı cinayət işi açıla bilər. Bu baxımdan da prokurorluğun xəbərdarlığı vətəndaşın qanunu pozmaması deməkdir. Əksi olsa, ona qarşı cinayət işi açılmalıdır.  

Əgər vətəndaş heç bir qanun pozmadan ona xəbərdarlıq edilirsə, bu prokurorluğun həmin vətəndaşın qanunu nə vaxtsa pozacağından ehtiyatlanması deməkdir.  

Azərbaycanda prokurorluq bəzən bu səlahiyyətindən sui-istifadə edir. Fikrindən, əqidəsindən xoşu gəlmədiyi adamlara belə xəbərdarlıqlar etməyə başlayır. Azərbaycanda orta statistik vətəndaş hüquq-mühafizə orqanlarından qorxur. Ona bu qurumların xəbərdarlıq etməyini dərd bilirlər. Bu xəbərdarlığın isə heç bir qanuni hüquqi nəticələri yoxdur.  

Vətəndaş qanunu pozubsa tədbir görülməli, məsuliyyətə cəlb edilməlidir. Məsuliyyətə də cəlb edən məhkəmə orqanıdır. Prokurorluğun belə bir səlahiyyəti yoxdur. Bu baxımdan prokurorluğun xəbərdarlıqlarını çox da ciddiyə almaq lazım deyil. 

Mən “belə bir xəbərdarlıqlar olmamalıdır” demirəm.  Doğrudan da kiminsə nəsə hərəkət eləməsi ola bilər. Bunda da prokurorluq  qanunun pozulduğunu deyə bilər. Buna görə də bir də belə şeylər etməməyi barədə çağırır və xəbərdarlıq edir. Kimisə xəbərdarlıq etmədən məsuliyyətə cəlb edilməsi də mümkündür. Prokurorluğun hamıya xəbərdarlıq etmək vəzifəsi yoxdur. Buradan prokurorluğun xəbərdarlıqları konkret mövzularla bağlı olduğu nəticəsinə gəlmək olar. Xəbərdarlığın heç bir məhdudiyyəti yoxdur, yəni dəfələrlə edilə bilər.

Bu xəbərdarlığın həmin şəxs üçün də heç bir mənfi hüquqi nəticəsi yoxdur. Həmin mətnlərdə bir qayda olaraq gələcək pozuntuların edilməməsinə dair xəbərdarlıq edildiyi yazılır. Bu da onu göstərir ki, prokurorluğa görə kimsə qaydanı pozub. Prinsipcə, biz də bu xəbərdarlıqları vətəndaş olaraq kiməsə və ya kimlərəsə edə bilərik.

Əgər, dövlət orqanı  qanunun pozulduğunu hesab edirsə, həmin şəxs qanunda nəzərdə tutulan məsuliyyətə cəlb etməlidir. Bu, onun borcudur. Heç bir qanun pozuntusu olmadan olan bu xəbərdarlıqlar hüquq-mühafizə orqanlarının “lütfü”dür. Xəbərdarlıq məsuliyyət növü deyil. 

Bu mövzuda fikrini bir neçə gün öncə, ilahiyyatçılardan birinin Baş Prokurorluğa çağırılıb xəbərdarlıq etməsi üzərindən fokuslayan hüquqşünas əlavə edib: “Məsələn, ilahiyyatçı Təyyar Hüseynlinin prokurorluğa çağırılması əsassızdır. Mən onun qanun pozuntusuna yol vermədiyini düşünürəm. O öz fikrini deyib, heç kəsi də konkret olaraq təhqir etməmişdi. Xəbərdarlıq mətnlərində vətəndaşın hansısa qanunu pozması yazılmır. Şifahi olaraq hansı qanunun hansısa maddəsinin pozulduğu deyilir. Bu xəbərdarlıqlar qorxutmaq üçündür. İlahiyyatçıya olan xəbərdarlıq prokurorluğun ya məmurların hansısa xoşuna gəlməyən fikrindən dolayı olan xəbərdarlıqdır. Yəni bunu şəxsi qərəzsizlik, ya da ki cəmiyyətdə doğuran rezonansa görə də qiymətləndirmək olar. Amma heç bir halda qanun pozuntusu yoxdur”.  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR