Saat:06:44
Haqqımızda

Prokuror "İdeal"ın həbsdəki sahibinə cəza istədi

2022-01-17 14:18:00

Prokuror

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov növbəti dəfə hakim qarşısına çıxarılıb.

Hurriyyet.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.

Bu gün keçirilən məhkəmə iclasında prokuror çıxış edib. Dövlət ittihamçısı İ.Ismayılova 8 il azadlıqdan məhrum etmə cəzası istəyib.

Məhkəmə araşdırması davam edir. Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manatlıq mənimsəmədə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR