Saat:04:34
Haqqımızda

Professordan ali təhsil müəssisələri ilə bağlı MARAQLI TƏKLİF

2023-11-29 12:51:57

Professordan ali təhsil müəssisələri ilə bağlı MARAQLI TƏKLİF

Fərhad Mehdiyev: "Bu, həm o rayonlarının inkişafını sürətləndirəcək, həm də Bakının yükünü azaldacaq"

"Prezident sərəncam imzalayıb və Xankəndidə SSRİ illərindən tikilmiş universitetin əsasında Qarabağ Universitetinin yaradılmasına qərar verib. Əminəm ki, həmin universitetin rektorluğuna çox proqressiv bir alim, ya da menecer gətiriləcək". Hurriyyet.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev bildirib.

Politoloq həmçinin, Bakıda olan ali təhsil müəssisələrinin bəzilərinin bəzi fakültələrinin də Füzuli və Ağdam rayonlarına, digərlərinin də Zaqatala və Qax kimi rayonlara köçürüləcəyinə ümid etdiyini də vurğulayıb: "Bu, həm o rayonlarının inkişafını sürətləndirəcək, həm də Bakının yükünü azaldacaq. Şəxsi nümunə kimi də Bakıda doğulmağıma baxmayaraq, onlardan hər hansı birində müəllim kimi işləməyə hazır olduğumu da bildirmək istəyirəm".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.271132