Saat:05:53
Haqqımızda

PROFESSOR HƏBİB ZƏRBƏLİYEV GİZLİNLƏRİ AÇIR

2021-07-28 20:28:00

PROFESSOR HƏBİB ZƏRBƏLİYEV GİZLİNLƏRİ AÇIR

O, AAK SƏDRİNDƏN ELMLƏR DOKTORLUĞU DİPLOMU ALMAQ ÜÇÜN AAK SƏDRİNƏ YARINAN, AĞA QARA DEYƏN XALİD NİYAZOĞLU ADLI ŞƏXSİN ƏSL SİMASINI AÇIB GÖSTƏRİR. QALMAQALLI “ELMİ İŞ”İN İÇİNDƏ ƏLİ HƏSƏNOV, RAMİZ MEHDİYEV İZLƏRİ...

YALTAQLIQLA KEÇƏN İLLƏR

II hissə

Çox hörmətsiz Xəlit Nəyazırsanyazov!

Mənə həsr etdiyiniz cızma-qarada ərəb dilindən ifadələrlə manipulyasiya edərək erudisiyanızı nümayiş etdirmək istəyirsiniz. Amma cızma-qaranız intellektinizin “obıvatel” səviyyəsində olduğunu göstərir. Mən də ərəb dilindən bir ifadə işlədim: “Zurna və utlub!” Yox, bu, siz düşündüyünüz zurna deyil. O zurnanı siz çalırsınız – Əli Həsənovun havasına. Daha doğrusu, züy tutursunuz, çünki zurna çalmaq elə də asan iş deyil. Züy tutan isə eyni notu uzadır. Sizin “yaradıcılığınız” da belədir. Qayıdaq zurnaya. “Zurna və utlub!” Azərbaycan dilində "Bizə gəl və öyrən!” deməkdir. Öyrənin ki, nağıl şifahi xalq ədəbiyyatı janrıdır, ona görə də onun müxtəlif versiyaları, variantları olur. Görünür, əvvəl yazdığım kimi, ədəbiyyat imtahanından qiyməti tapşırıqla almısınız.

Nağıl danışanlara “naqqal” deyirdilər. Nağıllar uzun olur. Ona görə də çox danışanlara naqqal deyirik. Siz də mənə “ithaf”ınızda çox naqqallıq etmisiniz. Bu naqqallığın cavabını yavaş-yavaş, ya da moderato tempində verəcəyəm – yaxşı həzm edə bilməniz üçün.

Vikipediyada sizin on kitabınız və iki monoqrafiyanız olduğunu göstərirsiniz. Buradan belə məntiqi nəticə çıxır ki, monoqrafiya kitab deyil, ağız söhbətidir. Öyrənin: on kitab, o cümlədən iki monoqrafiya.

Bu kitabların heç birinin adını göstərmirsiniz. Görünür, elə onlar da Əli Həsənova, Ramiz Mehdiyevə və başqa “böyüklər”ə mədhiyyədir və yəqin ki, minacatla başlanır. Hər halda onların hamısını tapıb araşdıracaq və sizin əsl simasını göstərəcəyəm. Rus dilində desək, “выведу вас на чистую воду”. Niyə rus dilndə? Mənə fransız ədəbiyyatından rus dilində iqtibas gətirirsiniz. Amma məlum olur ki, siz rus dilində heç istinad etdiyiniz müəllifin familiyasını belə, Azərbaycan dilinə doğru-dürüst transliterasiya edə bilmirsiniz: «Пугачев» familiyasını elə “Puqaçev” kimi də yazırsınız. Budur sizin rus dili biliyiniz. Öyrənin: Puqaçov.

58 səhifəlik avtoreferatınızın az qala yarısı Ramiz Mehdiyev və Əli Həsənovdan sitatlardır. Bu barədə sonra yazacağam. Hələlik isə dissertasiyanızın avtoreferatından nümunə vermək istəirəm:

“Tədqiqatın məqsəd və vəzifələri. Elmi işin məqsədi informasiya hadisələri və proseslərinin təhlili, onların müqayisə və qiymətləndirilməsi platformasında Azərbaycan dövlətinin informasiya siyasətinin problem, istiqamət və reallaşdırılma mexanizmlərinin müəyyənləşdirilməsi, informasiya siyasətinin əsas xarakteristikalarının aşkarlanması, KİV-in informasiya siyasətindəki yeri və rolunun, KİV sahəsində dövlət informasiya siyasətinin problem və perspektivlərinin müəyyənləşdirilməsindən ibarətdir” (s.11).

Ay dörd onillik təcrübəsi olan jurnalist, “informasiya siyasətinin problem ... mexanizmlərinin müəyyənləşdirilməsi” nə deməkdir? Bu nə məntiqdir? Problemin yox, onun həllinin mexanizmi olur. Öyrənin!

Avtoreferatdan daha bir nümunə:

“Müdafiəyə çıxarılan əsas müddəalar. Qeyd edək ki, informasiya siyasəti və onunla bağlı olan texnologiyalar probleminin özü kifayət qədər çoxaspektlidir. Digər tərəfdən, bu gün dünyanın müasir geosiyasi şəraiti çox sürətlə, bəzən isə köklü şəkildə dəyişir. Buna görə də dünyadakı hakim siyasi tendensiyalar şəraitində ciddi transformasiya prosesləri yaşayan Azərbaycan Respublikasının informasiya siyasətinin mühüm aspektlərinin tədqiq edilməsi kifayət qədər aktual sayıla bilər. Dövlətin informasiya siyasətinin öyrənilməsinin, sosial-siyasi təhlilinin aktuallığını şərtləndirən amillər sırasında aşağıdakıları göstərmək mümkündür:

1. “Kommunikasiya partlayışı” ilə qarşılaşmamış dövlətlər öz üzərlərində informasiya potensialının qüvvətli təsirini hiss edirlər. Qarşıda belə bir obyektiv gerçəklik var – informasiya-kommunikasiya texnologiyalarının inkişafı qlobal informasiya məkanının yaranmasını şərtləndirmişdir və perspektivdə də səmərəli inkişafı qarşısına məqsəd qoyan Azərbaycanın həmin prosesə inteqrasiyası labüddür.

2. Bütün dövlət və ictimai strukturların fəaliyyətinin səmərəlilik əmsalı bir çox hallarda yetkin informasiya siyasəti konsepsiyasından və onun uğurlu şəkildə həyata keçirilməsindən asılı olduğu üçün informasiya siyasəti, onun işlənib hazırlanması və reallaşdırılması prosesi sürətləndirilməlidir.

3. Siyasi və oliqarxik elitanın kifayət qədər ciddi problemlərindən biri kütləvi informasiya vasitələrinin tendensiyalılığı, tərəfkeşliyidir. Bu, mass-media institutlarına etimadı zərbə altına qoyduğuna və bütövlükdə, cəmiyyətə qeyri-sağlam təsir göstərdiyinə görə KİV-in informasiya siyasətinin cəmiyyətdə gedən islahatlara uyğun təshih edilməsi vacibdir.

4. İnformasiya siyasətinin həyata keçirilməsi milli təhlükəsizliyin bir sıra problemləri ilə birbaşa əlaqədə olduğu üçün Azərbaycanın müasir inkişaf mərhələsində həmin problemin kompleks və elmi-konseptual tədqiqi kifayət qədər aktual səciyyə daşıyır.

5. Tədqiq edilən mövzu Azərbaycan siyasi elmi üçün nisbətən yeni sahə olduğu üçün informasiya siyasətinin politoloji analizi və reallaşdırılmasının üsul və vasitələrinin öyrənilməsi sistemli səciyyə daşımalıdır.

6. Dövlət hakimiyyətinin, sahəvi elm ictimaiyyətinin qarşısında duran vəzifələrdən biri ölkə qanunvericiliyini dövlət informasiya siyasətinin yaratdığı yeni ictimai münasibətləri tənzimləyə biləcək səviyyədə təkmilləşdirməkdir.

7. Azərbaycan dövlətçiliyinin konstitusion, siyasi və sosialiqtisadi əsaslarının köklü islahatını ölkənin ərazi bütövlüyünə təhdid yarada biləcək hər hansı bir milli, sosial, yaxud dini zəmində münaqişələrsiz həyata keçirmək üçün hakimiyyətlə cəmiyyət arasında daimi informasiya mübadiləsinin təmin olunması, vətəndaş cəmiyyətinin formalaşmasının vacib amili sayılan açıq informasiya məkanının yaradılması vacibdir.

8. Vətəndaş cəmiyyəti ilə dövlət hakimiyyətinin mövqelərinin uzlaşdırılmasının ən optimal yolu mükəmməl informasiya siyasətinin hazırlanıb reallaşdırılmasından keçir” (s.12-14).

Mənə yazdığınız cızma-qaranızda özünüzü ərəb dilinin bilicisi kimi gıstərirsiniz. Amma ərəb mənşəli “müddəa” sözünün mahiyyətini dərk etmirsiniz. Müddəanın mahiyyəti budur: siz, məsələn, iddia edirsiniz ki, alma ilə şam ağaçının calağından badımcan əmələ gəlir. Sonra bunu isbat edir və nəticədə də göstərirsiniz ki, bəli, alma ilə şam ağacının calağından badımcan əmələ gəlir. Güman edirəm ki, belə şərh sizin üslubunuza uyğundur və onu yaxşı başa düşərsiniz.

Çox hörmətsiz Xəlit Nəyazırsanyazov!

Göstərdiklərinizin heç biri müddəa deyil, hamısı, sadəcə, söz toplusudur. Onların sübuta ehtiyacımı varmı?

Zənn etməyin ki, mətləbdən uzaqlaşıram. Əsas məqsədim sizin mənə “ithaf” etdiyiniz cızma-qaranın təhlilidir. Orada yazılanların hamısına bir-bir cavab verəcəyəm. Amma siz bir züy tutan kimi bilməlisiniz ki, monotonluq yorucu olur. Ona görə də onların cavabını növbəti yazılarımda gözləyin. Sonra isə oxucularımı sizin dissertasiyanız və kitablarınızla tanış edəcəyəm. Darıxmayın, uzun çəkməz.

Sizə böyük antipatiya ilə,

Həbib Zərbəliyev

Ardı var.

Hurriyyet.org

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR