"Problemlər var" - Qurban Qurbanov

2023-01-18 22:32:00

"Yaxşı oyun oldu. Bir az komandanın tam hazır olması hiss olundu. Matça dinamik başladıq. Daha sonra temp aşağı düşdü. Qarşımızda möhkəm komanda var idi. Bu oyun qarşıdakı işimizə faydalı olacaq. Futbolçuların idman formalarını qaytarmalıyıq".

Hurriyyet.Az xəbər erir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O, Türkiyədəki təlim-məşq toplanışları çərçivəsində keçirdiklərin son oyunlardan - "Çukariçki"yə qalib gəldikləri (1:0) və "Poqon"a uduzduqları (2:4) görüşdən sonra açıqlamasında bildirib: "Bu gün yaxşı yoruldular. Neçə dəfə əks-hücumda yaxalandıq, özümüzün də təhlükəli hücumlarımız oldu. Çempionata hazırlaşmaq üçün 1 həftəmiz var. İstədiyimiz oyunu göstərmək üçün bir az vaxt lazım olacaq".

Qurbanov komandada müəyyən sıxıntıların olduğunu deyib: "Hər komandada müəyyən müddət sıxıntılar, çatışmazlıqlar olur. Həmin dönəmlərdə ayaqüstə qalmağa çalışmalıyıq. İndi də sanki o anları yaşayırıq. Həm zədələr, həm də Kadinin getməsi... Problemlər var. Bu dönəmdə düzgün və ağıllı olub, ayaqüstə qalmalıyıq". \\Offsideplus.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.182441