Problemi İrəvanın özü yaradıb - Rusiya XİN
Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Statutunu ratifikasiya etməzdən əvvəl Moskva ondan yan keçmək üçün İrəvana təklif irəli sürüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumat Ermənistan parlamentinin vitse-spikeri Akop Arşayanın bəyanatına aiddir. Onun sözlərinə görə, İrəvan Roma Statutunun ratifikasiyasından bir neçə ay əvvəl Moskvaya nizamnamənin tələblərindən yan keçmək imkanı verən saziş imzalamağı təklif edib, lakin guya cavab almayıb.
"Bu, doğru deyil, - deyə Rusiya XİN vurğulayıb. - İkitərəfli məsləhətləşmələr zamanı Rusiya tərəfi cavab olaraq təkliflər irəli sürdü - Roma Nizamnaməsini ratifikasiya etmədən BCM-nin mexanizmlərindən istifadə yolu tutmaq. Belə bir təcrübə var. Təəssüf ki bizim kompromis həll yollarımıza məhəl qoyulmadı”.
“Əgər İrəvan öz əlləri ilə yaradılmış problemlərin həllində maraqlıdırsa, o zaman, fikrimizcə, Ermənistan hüquq sistemi çərçivəsində bunun üçün imkanlar var”, - deyə XİN əlavə edib.
yenisabah.az