Saat:16:16
Haqqımızda

“Prius” YPX avtomobilinə ÇIRPILDI

2022-05-23 22:24:00

“Prius” YPX avtomobilinə ÇIRPILDI

Bakıda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə qəza baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında aeroport yolu istiqamətində qeydə alınıb:

“Toyota Prius” markalı avtonobil yol kənarında dayanmış YPX avtomobilinə çırpılıb. Nəticədə həmin avtomobilin sürücüsü və xidmətdə olan iki əməkdaşımız yüngül xəsarət alıblar.

Əməkdaşlarımızdan birinə yerindəcə ilkin tibbi yardım göstərilib. Digər əməkdaş isə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Onun da vəziyyəti yaxşıdır və tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR