“Prius” ağır qəza törətdi, 9 yaşlı uşaq öldü
2023-05-26 09:33:00

Dünən Abşeron rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hurriyyet.az xəbər verir ki, Ruslan Kotusenko idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Hökməli-Qobu yolunda hərəkətdə olarkən qəza törədib.
Avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobildə sərnişin olan 2014-cü il təvəllüdlü Allahverdi Fətullayev ağır xəsarətlər alıb. O, Akademik Mirqasımov adına Respublika xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
qafqazinfo.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya