Priqojinin şirkətləri RF MN ilə müqavilələrdən rekord qazanc əldə edib

Müharibənin astar üzü – kimlərsə canını verir, kimlərinsə cibləri dolur
Hurriyyet.az xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətinin təməlini qoymuş Yevgeni Priqojinin şirkətləri müharibənin davam elədiyi bir il ərzində Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə bağlanmış sazişlərdən rekord mənləğdə pul qazanıb. Bu barədə məlumatı “Mohem obyasnit” (“İzah edə bilərik”) şirkəti firmaların maliyyə hesabatlarına istinadla məlumat yayıb.
Ən çox qazanan “Radius” şirkəti olub – il ərzində 672 milyon rubl (əvvəlki il 294 milyon rubl). “Putinin aşbazı”nın bu şirkəti RF MN-ə ərzaq tədarükü ilə məşğul olur. “Qlavnaya liniya” (“Əsas xətt”) adlanan digər şirkətin də gəlirləri artıb – bu firma da hərbçilərin ərzaq təminatı bazarında çalışır. Şirkətin gəliri 618 milyon rubl olub (2021-də 295 milyon rubl). Müdafiə Nazirliyi üçün hərbi şəhərciklər tikən “Meqalayn” şirkəti 2022-ci ilin sonunda 411 milyon rubl gəlir əldə edib (2021-də 257 milyon rubl).
Priqojinin şirkətlərinin gəlirləri Müdafiə Nazirliyinin məhkəmə iddiaları fonunda artır. 2022-ci ildə Müdafiə Nazirliyinin "qızı" - "Voentorg" müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsinə görə Prigozhinin şirkətlərinə qarşı 100 milyon rubl iddia qaldırıb.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya