PRİQOJİNİ MOSKVAYA APARAN SƏBƏB BU İMİŞ - ABŞ nəşri açıqladı

Məlum olduğu kimi, “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin avqustun 23-də Vladimir Putinin Valdaydakı iqamətgahından 50 kilometr aralıda təyyarəsinin partladılması nəticəsində həlak olub. Priqojinin müəmmalı ölümünün ardından bir sıra qaranlıq məqamlar, bu günə qədər cavabsız qalan suallar ortaya çıxıb.
Qaranlıq qalan məqamlardan biri də bu yaxınlarda Putinə və ölkənin hərbi strukturuna qarşı Rusiyada üsyan başladan, lakin onu yarımçıq dayandıran, ardınca Belarusa və daha sonra Afrikaya üz tutan Priqojinin Rusiyaya qayıtma səbəbi ilə bağlıdır.
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın “Bloomberg” nəşri Kremlə yaxın mənbələrin məlumatları əsasında bu suala aydınlıq gətirməyə çalışıb.
Nəşrin məlumatına görə, Priqojin Rusiya Müdafiə Nazirliyi tərəfindən Afrikadan Rusiyaya gəlməyə sövq edilib. Qeyd olunur ki, “Vaqner” PMC-nin strukturlarının maddi-texniki təminatıyla bağlı problemlər yaşandığı üçün Priqojin Afrikadan Rusiyaya gəlməyə məcbur olub.
“Tver yaxınlığında təyyarə qəzasında həlak olan “Vaqner” rəhbəri ölümündən bir neçə həftə əvvəl Müdafiə Nazirliyinin təzyiqləri ilə üzləşib. “Vaqner”ə Müdafiə Nazirliyinin hərbi təyyarələrindən, həmçinin Suriyadakı Xmeymim aviabazasından istifadə etmək qadağan edilib. Nəticədə “Vaqner” strukturlarının logistikası təhlükə altında düşüb. Bu, Afrikada olan Priqojini Rusiyaya getməyə məcbur edib”,- deyə “Bloomberg”-ə danışan mənbə bildirib.
Mənbə onu da bildirib ki, “Vaqner”in rəhbəri Müdafiə Nazirliyi ilə problemləri həll etmək üçün Moskvaya uçubmuş.
AzPolitika.info
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya