Priqojin: “Duqina ilə müxbirin qətlini ukraynalılar yox, rusiyalılar törədib”

Hurriyyet.az xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin aprelin 2-də Sankt-Peterburq şəhərindəki kafedə baş verən və hərbi müxbir Vladlen Tatarskinin ölümü ilə nəticələnən partlayışın Ukrayna kəşfiyyatı yox, Rusiyadakı qüvvələr tərəfindən törədildiyini bəyan edib. Bu barədə açıqlamanı onun mətbuat xidməti yayıb.
Biznesmen qeyd edib ki, hadisənin təfərrüatlarından xəbərsizdir. O, partlayış (partlayıcının işə düşməsi nəticəsində 1 nəfər həlak olub, 32 nəfər yaralanıb) baş vermiş “Strit-bar” kafesinin sahibi olduğu və seminarlar keçirilməsi üçün “Kiber front Z” hərəkatına verdiyi xəbərini təsdiqləyib. Priqojin bu hadisənin Darya Duqinanın (filosof və politoloq Aleksandr Duqinin qızı) qətlinə bənzədiyini də qeyd edib.
Priqojin deyib: “Lakin mən bu hadisələrdə Kiyev rejimini ittiham eləməzdim. Mənim fikrimcə, hökumətlə əlaqəsi olduğuna inanmadığım radikallar qrupu çalışır. Bunu belə adlandırardım”.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak rusiyalı hərbi müxbir Vladlen Tatarskinin (əsl adı Maksim Fomin) ölümündən danışarkən təbliğatçının qətlinin Rusiyanı daxildən çökdürə biləcək dönməz proseslərə apardığını deyib. O, öz “Tvitter” səhifəsində yazıb: “RF-də başlanır... Hörümçəklər bankada bir-birini yeyirlər. “Daxili terrorçuluq nə zaman daxili siyasi mübarizə alətinə çevriləcək?” sualına cavab olaraq deyim ki, yetişmiş çibanın partlaması zaman məsələsi idi”.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya