Prezidentin yüksək vəzifə verdiyi Fərid Əhmədov kimdir? - DOSYE

2022-05-24 21:53:00

Prezidentin yüksək vəzifə verdiyi Fərid Əhmədov kimdir? - DOSYE

Prezident İlham Əliyev Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub.

O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib.

2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb.

Fərid Əhmədov 2021-ci ildə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsinə təyin olunmuşdu. \\Ucnoqta.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya