Prezidentin xüsusi nümayəndəsindən ilk açıqlama: Talıbovun qanunsuz qadağaları...- VİDEO
2022-12-27 11:14:00

Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Naxçıvana yeni təyin edilmiş Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır:
“Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.
Xüsusi nümayəndə bildirib ki, Ali Məclis öz fəaliyyətini davam etdirəcək: “Məclis qanunverici orqan, Xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək”.
Daha ətraflı aşağıdakı videoda:
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya