PREZİDENTİN ƏMİSİ OĞLUNUN ƏMLAKINI KİMLƏR VƏ NECƏ ƏLƏ KEÇİRİB? - “İşin içində olan bir şəxs olaraq deyirəm...”

2022-08-24 08:34:00

PREZİDENTİN ƏMİSİ OĞLUNUN ƏMLAKINI KİMLƏR VƏ NECƏ ƏLƏ KEÇİRİB? - “İşin içində olan bir şəxs olaraq deyirəm...”

Böyükağa Abdullayev: “İşin içində olan və İlham Məmmədova qarşı amansız mübarizə aparan bir şəxs olaraq deyirəm, Riyad Əliyev düz deyir...

“Riyad Əliyevin əvvəllər adının qalmaqallarda çəkilməsinin səbəbkarı İlham Məmmədov olmuşdur. Məhz İlham Məmmədov tərəfindən Riyad Əliyevin ətrafında təxribatlar təşkil edilmişdir. Bəlkə də Riyad Əliyevin barəsində şayiələrin yayılmasında və yazılmasında İlham Məmmədov jurnalistlərə pullar da vermişdir...”

Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan Abdullayev Böyükağa Abdulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti məktub daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Bildirirəm ki, 10.08.2022-ci il tarixdə mətbuatda yayımlanan “Prezidentin əmisi oğlunun əmlaklarını ələ keçirmək istəyənlər kimlərdir” başlıqlı məqaləni oxudum. İçərimdən bir səs qopdu ki, niyə susmusan, niyə danışmırsan, bəlkə kimlərdənsə qorxursan, çəkinirsən, bəlkə oxuduğun, yazılanlar yalandır!

İçimdən gələn aşıb-daşan, cilovlanmaq belə istəməyən səsimə özümdə cavab verdim. Bildirdim ki, mən Uca Allahdan başqa heç kimdən qorxmamışam və çəkinməmişəm, heç vaxt ədalətsizliyə qarşı susmamışam. Hətta 2007-ci ildə İlham Məmmədovun sifarişi ilə mərhum Aqil Əliyevin şəriki Dəyanət Səlimov qətlə yetiriləndə də mən susmamışam, danışmışam. İlham Məmmədov  Aqil Əliyevin əmlaklarını ələ keçirdiyi barədə, 2006-cı ildən (Aqil Əliyevin vəfatından sonra – müəl.) bu günə kimi danışmışam, susmamışam. Bu barədə mətbuatın arxivlərini qaldırın, mənim yazılarım dərc edilmişdir.

İlham Məmmədov məni aradan götürdə və heç cür susdura bilmədiyi üçün saxta, qondarma ittihamlarla məni 2011-ci ildə 12 il azadlıqdan məhrum etdirdi. Nəhayət, o, Aqil Əliyevin təsis etdiyi “EKO-SERVİS KO” MMC-nin (Aqil Əliyevin 50 %, mərhum Dəyanət Səlimovun 25% və mənim 25% payçısı olduğumuz) 2 milyon manat dəyərində daşınar və daşınmaz əmlaklarını İlqar Əliyevin adından, onun xəbəri olmadan dolayısı ilə özgəninkiləşdirərək mənimsəmişdir.

İlham Məmmədov mənim ailəmin yaşadığı bir tək yaşayış evini, alçaq, şərəfsiz, zaman-zaman hakimiyyətə xəyanət edən, insanları Prezidentə qarşı qaldıran, nankor məmurların vasitəsilə əlimizdən almış, ailə-uşaqlarımı küçələrə atdırmışdır. İlham Məmmədov onu ilk dəfə mərhum A.Əliyevin yanına gətirən “Göyçaylı Rasim” kimi tanınan və Aqil Əliyevin ən yaxın, etibarlı adamını “paralic” vurduqdan sonra onun bütün əmlaklarını əlinə keçirdi və arxasına keçdi.

Rasim müəllimin həyat yoldaşının saçlarını yolması, İlham Məmmədova “4 qızım var, hər gün saçlarını yolub səni Allaha tapşırıram, qızlarımın ahı heç vaxt yerdə qalmayacaqdır. Sən mənim balalarımın boğazını kəsmisən, atalarının əmlaklarının dalına keçmisən”, - deməsinin, yəni İlham Məmmədova qarğışlar verməsinin səsi bu gün də qulağımdan getmir.

Yasamal rayon Məhkəməsində Riyad Əliyevin deyib ki, atasının -babasının yanında olan bəzi şəxslər həmin əmlakları ələ keçirməklə varlanıblar və şirniklənərək İlham Məmmədova qoşulmuş, daha da çox əmlak ələ keçirmək istəmişlər...

İşin içində olan və İlham Məmmədova qarşı amansız mübarizə aparan bir şəxs olaraq deyirəm, Riyad Əliyev düz deyir, hələ az deyir...

Bəlkə İlham Məmmədov mənim (Böyükağa Abdullayev kimi) kimi orta məktəbi bitirib, öz savadına Xaq Təsərrüfatı İnsitutuna daxil olmuşdur?! Bəlkə hansısa unversiteti bitirmişdir?! Bəlkə mənim kimi hansısa idarələrdə, nazirliklərdə, palatalarda  məsul vəzifələrdə işləmişdir?!

Əsla yox! Biləsiniz ki, İlham Məmmədov “Təzə bazar” deyilən bazarda “meçta”, “sinijok” konfet satmışdır. Elə oradan da bir nəfər vəzifəli şəxs onu özünə sürücü götürmüşdür. İlham Məmmədov fikirləşirdi ki, konfet satan milyarder olmalıdır. Ancaq fikirləşmirdi ki, kimlərisə öldürtdürməklə, kimlərinsə əmlaklarını ələ keçirməklə, kimlərinsə balalarının boğazını kəsməklə, kimlərisə zindanlara atdırmaqla, malını-mülkünü əlindən almaqla balalarına və özünə yedirdiyi haram çörək bir gün olacaq burnundan tikə-tikə gələcəkdir.

Həmin gün bu gündür! İlham Məmmədovun balaları qızıldan olan teştlərinə qan qusurlar. Riyad Əliyev ona və atasının keçmiş şəriki olmuş İlham Məmmədova İlqar Əliyev tərəfindən verilmiş etibarnamələrin ləğv edilməsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş edib. Həmçinin, İlqar Əliyevin digər şəxslərə verdiyi etibarnamələr və onlar üzrə aparılmış bütün hərəkətlərin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini istəyib.

Mən bütün jurnalistlərdən xahiş edirəm, yazılarınızda diqqətli olasınız.

Bir yerdə qeyd edilmişdir ki, Riyad Əliyevin əvvəllər də adı bir neçə qalmaqalda çəkilmişdir. Diqqətinizə çatdırıram ki, Riyad Əliyevin əvvəllər adının qalmaqallarda çəkilməsinin səbəbkarı İlham Məmmədov olmuşdur. Məhz İlham Məmmədov tərəfindən Riyad Əliyevin ətrafında təxribatlar təşkil edilmişdir. Bəlkə də Riyad Əliyevin barəsində şayiələrin yayılmasında və yazılmasında İlham Məmmədov jurnalistlərə pullar da vermişdir.

Çünki İlham Məmmədov kimiləri bilirdi ki, Riyad Əliyev savadlı, mədəni, özünü insanlara sevdirməyi bacaran və insanlar tərəfindən sevilən bir şəxsdir, Aqil Əliyev məktəbi keçmişdir. Ona görə də İlham Məmmədov  var gücü ilə çalışırdı ki, Riyad Əliyevi ləkələsin, qohumlarının, əzizlərinin, xüsusən də cənab Prezidentin gözündən salsın.

Dəyərli oxucular, bir insan ki, yediyi süfrəyə arxasını çevirsin, ona çörək verən insana xəyanət etsin, onun oğluna və nəvəsinə miras qoyduğu əmlakları ələ keçirsin, bu kimi xəyanətkardan bundan artıq nə gözləyirsiniz?! Mən hesab edirəm ki, kimliyindən asılı olmayaraq xəyanət bağışlanılmır. İlham Məmmədovun da xəyanəti heç vaxt bağışlanılmamalıdır.

Sonda İlham Məmmədov kimiləri onu da bilsinlər ki, İ.Məmmədovun repressiyasına məruz qalmağımızdan asılı olmayaraq, sonunadək Riyad Əliyev və İlqar Əliyevlə bağlı gerçəkləri deməkdən, yazmaqdan çəkinməyəcəyik”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062545