Saat:23:04
Haqqımızda

“Prezidentin dilçiliyin inkişafı üçün AMEA-ya ayrdığı 2 milyonun taleyi necə oldu?” – PROFESSORDAN AMEA RƏHBƏRİ RAMİZ MEHDİYEVƏ SUALLAR...

2021-07-26 14:27:00

“Prezidentin dilçiliyin inkişafı üçün AMEA-ya ayrdığı 2 milyonun taleyi necə oldu?” – PROFESSORDAN AMEA RƏHBƏRİ RAMİZ MEHDİYEVƏ SUALLAR...

AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İdris Abbasov özünün “Facebook” səhifəsində AMEA-nın prezidenti Ramiz Mehdiyevə bir neçə sual ünvanlayıb. Hurriyyet.az professorun statusunu olduğu kimi təqdim edir:

“Möhtərəm akademik Ramiz Mehdiyev!

Müavininiz akademik İsa Həbibbəylinin “Məqsədyönlü siyasətin məntiqi davamı” kimi təqdir edib xalqı aldatdığı, xeyli dövlət vəsaiti hesabına nəşr etdirdiyi  təhqiramiz və Azərbaycan dilçiliyinin üz qarası olan, copy-paste-dən əmələ gəlmiş “İzahlı dilçilik terminləri lüğəti”ni də təqdir edirsinizmi? Siz niyə sual etmirsiniz ki, ölkə başçısının dilçiliyin inkişafı üçün AMEA-ya ayrdığı 2 milyonun taleyi necə oldu? Siz niyə soruşmursunuz ki, son 5 ildə Dilçilik İnstitutuna ayrılan yüz minlərlə qrantın müqabilində hansı işlər görülüb? Siz niyə maraqlanmırsınız ki, 2016-cı ildə institutun direktoru Möhsün Nağısoyluya və 2018ci ildə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyliyə dövlət əhəmiyyətli məlumatları ehtiva edən məktub ünvanlayandan sonra İnstitut elmi şurasında İdris Abbasovun üstünə qoluzorlu hücumunun təşkili nə demək idi? Doğrudanmı, o zaman tapşırıq sizdən və  PA-nın sabiq şöbə midiri Əli Həsənovdan gəlirdi?

Bu suallara cavab vermək bilavasitə sizin vəzifə borcunuza, məsuliyyətinizə və səlahiyyətlərinizə aiddir.

Saray qəsəbəsindən kvadrat metri 500AZN-ə mənzil almaq təklifi isə maklerlərin işidir. Hər kəs öz işini vicdanla yerinə yetirsə, daha yaxşı olmazmı?!”

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR