Prezidentdən Əli Əhmədovla bağlı sərəncam
2023-01-26 14:04:00

Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif edilib.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Ə.Əhmədov 1953-cü il yanvarın 27-də anadan olub. Sabah onun 70 yaşı tamam olur. (AXAR)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya